Yanvar-avqust aylarında.
İyul ayı ilə müqayisədə avqust ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri 0,1 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Oxu.Az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,2 faiz artıb.