Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 388,8 mln. manat həcmində vəsait yönəldilib. Bu isə illik müqayisədə 16% azdır.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Həmin vəsaitlərin 4 591,1 mln. manatı və ya 85,2%-i məhsul istehsalı obyektləri, 601,5 mln. manatı yaxud 11,2%-i xidmət sahələri üzrə obyektlər, 196,2 mln. manatı və ya 3,6%-i isə ümumi sahəsi 554,5 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 22,7%-i dövlət, 77,3%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 35,9%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4249,0 mln. manat, bank kreditləri 464,3 mln. manat, büdcə vəsaitləri 479,3 mln. manat, büdcədənkənar fondların vəsaitləri 45,7 mln. manat, əhalinin şəxsi vəsaitləri 147,5 mln. manat, sair vəsaitlər 3,0 mln. manat olub.
Report