7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitdə artım var – Dövlət qurumundan açıqlama

2017-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 182 milyon 3 min (3182,3 milyon) manat və ya əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 3,0 faiz çox vəsait yönəldilib.

Banker.az-a Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, vəsaitin 2214,2 milyon manatı neft sektoruna, 968,1 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 86,3 faizi məhsul istehsalı obyektlərinin, 9,1 faizi xidmət sahələri üzrə obyektlərin, 4,6 faizi isə ümumi sahəsi 385,5 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 33,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 75,2 faiz, bank kreditləri 10,6 faiz, büdcə vəsaitləri 8,5 faiz, əhalinin şəxsi vəsaitləri 4,7 faiz, büdcədənkənar fondların vəsaitləri 0,6 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil etmişdir.

2017-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, Saatlı rayonunda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası istifadəyə verilmişdir.

Son xəbərlər
Digər xəbərlər