6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda əsassız əlilliklərin ləğv olunması nəticəsində büdcəyə 3 mln. manat qaytarılıb

Bu günə kimi Azərbaycanda 1 300-dən çox əsassız əlillik ləğv olunub. Dövlət büdcəsinə 3 milyon manatdan çox vəsait qaytarılıb.

Bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfransı zamanı Əmək və Əhalinin Sosial Müdaifəsi Naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, səhvə yol vermiş aidiyyatı vəzifəli inzibati şəxslərə qarşı müvafiq inzibati tənbeh tətdbirləri həyata keçirilib.

©ona

 
Son xəbərlər
Digər xəbərlər