20 C
Baku
Wednesday, October 15, 2025

Azərbaycanda ət və ət məhsulları ötən ay bahalaşıb

Azərbaycanda ət və ət məhsulları 2025-ci ilin sentyabr ayı 2025-ci ilin avqust ayına nisbətən 2.3% bahalaşıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin sentyabr ayı 2024-cü ilin sentyabr ayına nisbətən isə ət və ət məhsullarının qiymət indeksində 8.5% artım, 2025-ci ilin yanvar-sentyabr ayları 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 7.1% artım müşahidə olunur.

Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101.8 faiz, 2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106.7 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər