20 C
Baku
Saturday, October 12, 2024

“Azərbaycanda ətraf mühitə atılan istixana qazları 2030-cu ilədək 35% azaldılacaq”

16-17 dekabr tarixlərində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib.

Azərbaycan Energetika Nazirliyindən “Banker.az”a verilən məlumata görə, iclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov  bildirib ki, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi ilə bağlı hədəflər müəyyən edilib, ətraf mühitə atılan istixana qazlarının 2030-cu ilə qədər 35% azaldılması, elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəf seçilib.

Nazir bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib, Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb, müvafiq sahədə fəaliyyət planının və digər ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması istiqamətində də işlərin aparıldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər