28 C
Baku
Saturday, June 8, 2024

Azərbaycanda 1 aylıq repo faizləri maksimuma yüksəlib

Azərbaycan manatının 1 ay müddətinə repo bazarında bağlanılan əqdlər üzrə indeksi bir qədər yüksəlib. İndeks 2023-cü ilin mayından işə düşüb və cari göstəricilər indiyə qədər qeydə alınan ən yuxarı rəqəmdir.

Banker.az Bakı Fond Birjasına istinadla xəbər verir ki, bütün əqdlər əsasında hesablanan 1M AINAAO (29 -32 gün) indeksi 17 oktyabr tarixində faizləri 8.5%-ə qədər yüksəlib. Sonuncu bu növdə əqdlər ötən həftənin bazar ertəsi bağlanıb və faiz dərəcələri 5% olmuşdu.

Ümumilikdə götürdükdə, 1M AINAAO indeksi cari ilin avqustunda 3% təşkil edirdi və son iki ayda artım trendi ilə davam edib.

Həmin tarixində BFB-də nominal üzrə ümumi məbləği 22.04 milyon manat, repo faiz dərəcəsi 4.00%-8.50% təşkil edən bağlanılmış 32 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3gün) üzrə 5.33% , 1WAINAAO (6-8 gün) üzrə 7.00%  təşkil etmişdir.

Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1M AINAIB (29-32 gün) üzrə 8.50% təşkil etmişdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin sentyabrından bu cari ilin mayına qədər uçot faiz dərəcəsini 6.5%-dən 9.00%-ə qədər qaldırıb. Faizin aşağı həddi 7.50%, yuxarı həddi isə 10.00% təşkil edir.

AMB formal olaraq buna ölkədə antiinflyasiya tədbirini səbəb gətirməklə yüksəldib, lakin ölkənin kredit faizlərində bu effekt verməyib. Bununla belə AMB uçot faiz dərəcəsini işə salmaq üçün açıq bazar əməliyyatları və eləcə də məcburi ehtiyat normalarında sərtləşdirməyə gedib. Mərkəzi Bankın sədri vəzifəyə gəldiyi ilk müddətdə tez-tez “faiz işə düşməli”dir kimi tezislərlə çıxış edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər