8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi 1 aylıq dayandırıldı

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində problemlər yaranıb.

Vəsiqə ilə bağlı müraciət edən şəxslər onlara sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verildiyini bildirir.

Məsələni araşdırmaq üçün “ASAN Xidmət”ə etdiyimiz müraciətə cavab olaraq problemin mövcudluğu təsdiqləndi. Xidmət nümayəndəsi bütün respublikada sürücülük vəsiqələrinin bitdiyini bildirdi: “Sürücülük vəsiqələri bütün “ASAN xidmət” mərkəzləri üzrə bitib. Sürücülük vəsiqəsini əvəz edən blank formasında arayış təqdim olunur. 1 ay ərzində həmin arayış keçərlidir. 1 aydan sonra müraciət edib, arayışı sürücülük vəsiqəsi ilə bərpa edə bilərsiniz. Bütün respublika üzrə sürücülük vəsiqələri bitib”, -deyə xidmət mərkəzindən sorğumuza cavab verildi.

Qeyd edək ki, vətəndaşlar problemin plastik çatışmazlığından ortaya çıxdığını iddia edir.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər