7 C
Baku
Wednesday, February 18, 2026

Azərbaycanda 1 biletlə iki dəmiryolundan istifadə etmək olacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.

Bu barədə ADY-dən bildirilib.

Belə ki, bu marşrut üzrə saytımızdan və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək olar.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər