12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda 1 milyonluq səhmdar cəmiyyət hərraca çıxarılır

İyulun ilk hərracı 3-ü tarixində baş tutacaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, hərracda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.

Hərraca 105 dövlət əmlakının çıxarılması, investorların seçim imkanının geniş olacağını göstərir. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir.

Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum Çınqıl”-dır. Bundan başqa “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” kimi səhmdar cəmiyyətləri də iri investisiya yatırmaq üçün uğurlu seçim ola bilər.

Kiçik dövlət müəssisə və obyektləri də müxtəlif biznes sahələrdə ixtisaslaşmağa imkan verir. Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakının müxtəlif rayonlarında yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 11.2 kv.m ilə 446.8 kv.m arasında dəyişir. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Səbail rayonunda yerləşən dövlət əmlakını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə və ya ticarət sahəsində yaxşı qazanc deməkdir.

Qeyd edək ki, hərrac barədə məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, Komitənin rəsmi saytı(emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə aparılır.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs sifariş verə bilər. Belə ki, əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar Özəlləşdirmə portalı və Komitənin internet saytında yerləşdirilir. Bundan əlavə, Komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

Komitə tərəfindən növbəti hərrac 5 iyunda keçiriləcək. Bu hərraca isə 190 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyətləri, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Son xəbərlər
Digər xəbərlər