10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda 10 000 manatdan çox saxta pul satan şəxlər saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif cinayət əməlləri törədən şəxslər saxlanılıblar.

Banker.az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində saxta pulların satışı ilə məşğul olan, eləcə də qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən daha iki nəfər saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakini Tapdıq Məmmədzadə və Bərdə rayon sakini Rəşan Zöhrablı olduqları müəyyən edilib.

T.Məmmədzadə 50 ədəd 50 manatlıq və 80 ədəd 100 manatlıq əskinas olmaqla ümumilikdə 10 500 manat miqdarında saxta pulu satarkən saxlanılıb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər