11 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda 10 ayda 40 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu 40 yeni dövlət standartı qəbul edib.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, 10 ay ərzində aqrar və qida sahəsi üzrə 16 dövlət standartı, standartlaşdırma sisteminin əsasverici standartlarının yenilənməsi üzrə 3 dövlət standartı, layihə, proqram və portfelin idarəedilməsi üzrə 2 dövlət standartı, qiymətli metallar və qiymətli daşlar üzrə 2 dövlət standartı, idarəetmə sistemləri sahəsi üzrə 2 dövlət standartı, informasiya texnologiyaları sahəsi üzrə 3 dövlət standartı, xidmət sahəsi üzrə 2 dövlət standartı, COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində 1 dövlət standartı, neft sahəsi üzrə 6 dövlət standartı, ekologiya sahəsi üzrə 1 dövlət standartı, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə 1 dövlət standartı, qadın sahibkarlığının inkişafının təşviq edilməsi üzrə isə 1 dövlət standartı qəbul edilib.

2bfc1b2c a320 3c9e 9c8b ae201670cc34

MənbəReport
Son xəbərlər
Digər xəbərlər