Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyat sığortası üzrə 213 milyon 943 min manat sığorta haqqı toplanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankın statistikasına istinadən bildirir ki, həyat sığortası üzrə sığorta haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 28 milyon 721 min manat çoxdur.
Eyni zamanda, həyat sığortası üzrə şirkətlər tərəfindən hesabat dövründə 216 milyon 7 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 127 milyon 209 min manat artım deməkdir.
Cari ilin 10 ayında qeyri-həyat sığortası üzrə isə 221 milyon 279 min manat sığorta haqqı toplanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası üzrə sığorta haqqı 19 milyon 446 min manat çoxdur.
Qeyd edilən dövrdə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 77 milyon 932 min manat olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 446 min manat artım deməkdir.