Keçən ilin avqustunda təsis edilmiş “Azerbaijan İndustrial Group” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Banker.az xəbər verir ki, şirkət keçən il təsis edilərkən onun 304 346 346 manat nizamnamə kapitalı vardı.
2024-cü ilin üçüncü rübündən etibarən şirkətin nizamnamə kapitalı 338 184 000 manat və ya 2.1 dəfə artırılmaqla 642 530 346 manata qaldırılıb.
Qeyd edək ki, “Azerbaijan İndustrial Group” MMC 2023-cü ilin avqustunda dövlət qeydiyyatına alınıb.
Şirkətin direktoru Azər Sadıqov Adil oğludur. A.Sadıqov bundan öncə “PASHA Holding” MMC-nin şirkətində və eləcə də STP-də çalışıb.