İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.
Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərracda 10 faydalı qazıntı yatağı – Abşerondakı “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha), Ağstafadakı “Ağstafaçay” (5,7 ha), Göygöldəki “Qızılca” (12 ha), İsmayıllıdakı “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabrandakı “Dəvəçiçay” (1,8 ha), Qubadakı “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.
Hərracın qalibləri ilə bu keçiddən tanış olmaq mümkündür: https://clck.ru/34uYij