Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biri olan “Synergy Group” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Synergy Group” MMC-nin 54 min 568 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 23 iyun 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “Synergy Group” MMC 2010-cu ildə təsis edilib. Bu şirkətin nizamnamə kapitalı 50 000 000 manat və qanuni təmsilçisi Rauf Axundovdur.
“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir.