9 C
Baku
Saturday, March 22, 2025

Azərbaycanda 10 min boşanmış şəxs yenidən evlənib

Ölkəmizdə son illərdə boşananların sayında artım müşahidə olunur. Belə ki, 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.

Banker.az xəbər verir ki, Statistikaya nəzər salsaq, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Boşanma nisbəti 2023 və 2024-cü illərdə 2.1 səviyyəsində olub.

Onu da qeyd edək ki, əhali sayına görə ən çox boşanma nisbətinin müşahidə olunduğu rayon Naftalandır. Belə ki, bu rayonda hər 1000 nəfərə düşən boşanma nisbət 3.6-dır.

Boşanma nisbəti Qarabağ zonasında da böyükdür. Şuşada boşanma nisbəti əhalinin hər 1000 nəfərinə 3.2-dir. Xocavənddə bu göstərici 3.0,  Xocalı, Zəngilan, Qubadlıda bu nisbət 2.8, Kəlbəcərdə 2.4, Füzuli, Ağdam 2.3, Laçında isə 2.1-dir. Bundan başqa, Göygöl – 2.6, Yevlax -2.5 nisbəti ilə boşanmaların çox olduğu rayonlar hesab edilir.

Ötən il ailə həyatı qurmaq vətəndaşların heç də hamısının ilk evliliyi deyil.

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata əsasən, 2024-cü il ərzində 5 569 kişi, 4 446 qadın boşanandan sonra yenidən nikaha daxil olub.

Bu isə ümumilikdə 10 min 15 nəfərin yenidən nikaha daxil olması deməkdir. Yəni, ötən il evlənənlərin təxminən 10 faizi yenidən nikaha daxil olanlardır.

Son xəbərlər
Digər xəbərlər