9 C
Baku
Saturday, January 11, 2025

Azərbaycanda 100 faiz Çin kapitallı şirkət “gömrük xətası” edib

“Azərbaycan Vanhong Ceramics CO” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Azеrbaycan Vanhong Ceramics Co” MMC Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin 100%-li törəmə müəssisəsidir. Dövlət Vergi Xidməti (DVX) iyulun 12-də “Azеrbaycan Vanhong Ceramics Co” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı $9 milyona bərabərdir. Rəsmi nümayəndəsi Çin vətəndaşı Vanq Zhiyidir.

Son xəbərlər
Digər xəbərlər