12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi şəbəkə vəsaitləri mənimsəyərək aradan çıxdı

Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb.

Banker.az xəbər verir ki, bu barədə tanınmış texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə yazıb. O, qeyd edib ki, platformada 50.000 manata qədər pulu batan insanlar var.

Qeyd edək ki, “Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətandaşlar daha çox məlumatlandırılmalıdır ki, kimsə “yüksək faizli qazanc”dan faydalanmayıb: “İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”.

Son xəbərlər
Digər xəbərlər