12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası hazırlanacaq.

Bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası ilə bağlı təkliflərini yeddi gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər