Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 96 yeni dövlət standartı qəbul edib.
Bu barədə AZSTAND-ın məlumatında bildirilir.
Bundan başqa, məlumata görə, hesabat dövründə 687 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının müvəqqəti tətbiqinə icazə verilib.