İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İvanovka Aqropark” ASC-ni dövlət qeydiyyatına alıb.
Banker.az xəbər verir ki, ASC-nin nizamnamə kapitalı 12 233 650 manatdır.
Yeni aqropark İsmayıllı rayonunun İvanovka kəndində yaradılıb.
Xatırladaq ki, Nikitin adına Kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək “İvanovka Aqropark” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan etmişdir.