12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda 12 şirkətə “mühasib” tələb olunur – Ə.H: 600-1200 AZN

1. Mühasib – AZCO Engineering-Procurement & Construction” MMC

İş barədə məlumat:

– Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
– Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
– Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
– Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;
– Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
– DSMF, vergi və s. hesabatların hazırlanması,
– Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq;
– Müəssisənin xərclərinin və gəlirlərinin kassa kitabında uçotunun təşkil etmək;
– Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək;
– Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)
– Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s;
– Müəssisənin illik xərclərinin smetasının hazırlanması və onların analizi; -Fakturaların,VHF-larnın işlənməsi Q/f və VHF-ların tərtib olunması Aylıq, rüblük hesabatların hazırlanması və göndərilməsi Vergi bəyannamələrinin tərtib olunması.
– Bank koçürmələrinin aparılması;
– Xəzinə kitabının işlənməsi

Namizədə tələblər:

Təhsil – Ali təhsil
İş təcrübəsi – Minimum 3-4 il
Vergi Məcəlləsini mükəmməl bilməli
Kompyuter bilikləri –  MS office, Word, Excel, 1C
Dil bilikləri – Azərbaycan, ingilis dili arzuolunandır.
Xanım namizədlərə üstünlük verilir!

Əmək haqqı: 700-800 AZN
İş qrafiki:  Bazar ertəsi- Cümə 09:00-18:00

Maraqlananlar  CV-ni mövzu yerinə Mühasib qeyd edərək  [email protected]  ünvanına göndərə bilərlər.


2. Baş Mühasib – Murphy Shipping & Commercial Services Azerbaijan Ltd

Vəzifəyə olan tələblər:

– Ali təhsil
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
– İşdə dəqiqlik və detallara diqqətlilik;

Vəzifə öhdəlikləri:

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük hesabatların hazırlanması
– Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında həll etmək ve dəqiq olmalı
– Ödənişləri nəzarətdə saxlamaq
– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 5 gün, saat 09:00-dan 18:00-dək
– İstirahət günü: şənbə və bazar günü
– Əmək haqqı: razılaşma yolu ilə

CV-lər [email protected] elektron ünvanına “Baş Mühasib” mövzuda mütlək qeyd edilsin. Ancaq şəkil olan CV-lər baxılacaq.


3. Mühasib -JM Group

Tələblər:

Təhsil: Ali/Orta ixtisas
Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
Kompyuter bilikləri : 1C, Excel, Word
İngilis dili biliyi mütləqdir !!
Yaş 25 və yuxarı

Vəzifələr:

– Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması
– İdarənin nizamnaməsi əsasında uçot işlərinin aparılması,
– Tələb olunan müqavilələrin aidiyyəti üzrə bağlanması,
– İşçilərin əmək haqlarının normativ sənədlər arasında ödənilməsini təmin edmək.

İş qrafiki: həftədə 6 gün
AR Əmək məcəlləsinə əsasən sənədləşmə

E – mail : [email protected]

Phone : 050 579 96 98


4. Mühasib – Corn Processing Company

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000)
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 600 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Baş mühasib

İŞİN TƏSVİRİ

− Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
− Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
− Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
− Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
− Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir.
− İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır.
− Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
− Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində iştirak edir
− Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
− Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;
− 1C Proqramında (8.2 ; 8.3) , Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
− Ehtiyac yarandığı təqdirdə regionlara ezamiyyətə getmə imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 21.08.2018 – ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)


5. Mühasib (Bölgələr) – Azərsun Holdinq

Namizədə aid tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

İş haqqında məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 13.09.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib (Bölgələr)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.


6. Mühasib (Balaxanı Sənaye Parkı) – Foriella MMC

Vəzifə öhdəlikləri:

– E-Qaimə və elektron Vergi Hesab Fakturalarının yazılması və göndərilməsi, Daxil olan  E-Qaimə və elektron Vergi Hesab Fakturalarına nəzarət
– Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması
– Mal-materialların uçotunun aparılması;
– Pul vəsaitlərinin hərəkətinin ucotu (bank və kassa əməliyyatları)
– Elektron hökümət portalları ilə işləmək bacarığı

Tələblər:

– Yaş həddi: 25-35
– Mühasib kimi 3-5 il bu sahədə təcrübənin olması vacibdir
– Ali təhsil (riyazi, iqtisadi və ya maliyyə-mühasibatlıq)

– Seçim zamanı mühasib kimi istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
– MS/office, (word,excel) proqramlarını bilməsi vacibdir

İş şəraiti:

– İş qrafiki: 08:30-17:30, həftənin bazar ertəsi – şənbə günləri
– İş yeri Balaxanı Sənaye Parkında yerləşir
– İşçi korporativ nömrə və naharla təmin edilir

əmək haqqı: 800-900 AZN

E – mail : [email protected]


7. Baş Mühasib

Tələblər:

– Yaş həddi: 25-55

∙ Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi.
∙ Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
∙ Rus və ingilis dillərini bilməsi arzu olunandır
∙ 1C (8.3) proqramında işləmək bacarığı

Vəzifələr:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

İş şəraiti:

İş günləri: I-VI, istirahət bazar.
İş saatı: 09:00 – 18.00, şənbə günü 09:00 – 13:00 (alt-üst həftə)
Əmək haqqı: 1000-1200AZN

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.


8. BÖYÜK MÜHASİB (AĞCABƏDİ) – Gilan Holding

Öhdəliklər:

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin ,istehsala cəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükcçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
• Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçməsində iştirak edir.
• Əvvəlki sənədlərin hesab sahələrinə emala hazırlayır.
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir.
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir.
• İtkinin əmələkəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təklif hazırlayır.
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsatlərinin ayrılmasını, vergilər, ödənişlərin, eləcə də iqtisadi maraqlandırma fonduna və digər fondlara vəsaitin köcürülməsini həyata keçirir.
• Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət reciminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərdibində, eləcə də pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hesablanması və ödənilmə öhdəçiliklərinin inventarizasiyanın aparılmasında iştirak edir.
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

Tələblər:

• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
• Müəssisədə mühasibat hesabının metod və formalarını;
• Uçot və hesabatı;
• Hesabatların plan və korrespondensiyasını;
• Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
• Sənədlərin rəsmiləşdiliməsi , təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydasını;
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodunu;
• Hesablama texnikasının istismarı qaydasını;
• İqtisadiyyatın, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını;
• Daxili əmək intizamı qaydalarını;
• Əmək qanunvericiliyinin əsaslarını;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizəsinin norma və qaydalarını bilməlidir.

Müraciət və ətraflı məlumat üçün:
https://hr.gilanholding.com/v/4864?lang=az


9. Baş  Mühasib – Quba Palace hotel

İş yeri:  Quba

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil edir;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
– Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;
– Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarını (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifariş etməyi təşkil edir;

Namizədə tələblər

– Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
– Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
– Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
– Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
– Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
– Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti və güclü məntiqi biliklərə malik olmalıdır

E – mail : [email protected]


10. Mühasib – “Mətanət A” şirkəti
İşin təsviri:
  • Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
  • Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
  • Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
  • İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
İş şəraiti:
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü;
  • Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
  • Təhsil: Ali (İqtisadi);
  • İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
  • Yaş həddi:25-50;
  • Dil bilikləri: Azərbaycan və Rus dili;
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.
Şəxsi keyfiyyətləri:
  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
Bu sahələr üçün ANKET FORMASI-nı doldurub mövzu yerində “Mühasib ” qeyd etməklə [email protected] ünvanına göndərin

11. Mühasib – Hospitalica
İş barədə məlumat- İdarənin nizamnaməsi əsasında uçot işlərinin aparılması
– Mədaxil – məxaric orderlərinin aparılması,
təşkilatlarla tələb olunan müqavilələrin aidiyyəti üzrə bağlanması
– İşçilərin əmək haqlarının normativ sənədlər arasında ödənilməsini təmin edmək, 1C proqramla işləmək
– Nahar şirkət tərəfindən verilir
– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
– Əmək müqaviləsi bağlanır
– İş yeri: Xətai
Namizədə tələblər- Təhsil: Ali (maliyyə)
– Minimum 2 il əlaqəli iş təcrübəsi
– Azərbaycan və rus dili vacibdir
– Kompüter bilikləri : 1C, excell, word
– Cinsi: qadın

Son xəbərlər
Digər xəbərlər