2022-ci ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 13-nin ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, “Aqrar Sığorta” ötən il ödəniş etmədiyindən, Meqa Həyat Sığorta yeni yarandığından müqayisə etmək mümkün deyil.
Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Bakı Sığorta” şirkəti (3.2 dəfə) dayanır.
Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “İpək Yolu Sığorta” şirkətində qeydə alınıb.
Sığortaçının adı | Sığorta ödənişləri (2022-ci il iyul), min manat | Sığorta ödənişləri (2021-ci il iyul), min manat | İllik fərq |
A-Qroup Sığorta Şirkəti | 7,129 | 6,129 | 16% |
AtaSığorta | 3,755 | 4,829 | -22% |
Atəşgah Həyat Sığorta Şirkəti | 13,344 | 21,044 | -37% |
Atəşgah Sığorta Şirkəti | 7,544 | 6,124 | 23% |
Dövlət Sığorta Kommersiya Şirkəti | 13,676 | 40,992 | -67% |
Azərbaycan Sənaye Sığorta | 2,541 | 2,384 | 7% |
AzSığorta | 4,755 | 4,596 | 3% |
Bakı Sığorta | 1,458 | 462 | 3.2 dəfə |
Günay Sığorta | 2,487 | 2,109 | 18% |
İpək Yolu Sığorta | 104 | 1,195 | -91% |
Meqa Sığorta | 3,468 | 2,745 | 26% |
Naxçıvansığorta | 280 | 178 | 58% |
Paşa Həyat Sığorta | 119,325 | 156,591 | -24% |
Paşa Sığorta | 41,589 | 35,114 | 18% |
Qala Həyat Sığorta Şirkəti | 1,566 | 1,510 | 4% |
Qala Sığorta | 3,213 | 2,964 | 8% |
Xalq Həyat Sığorta Şirkəti | 213 | 83 | 2.6 dəfə |
Xalq Sığorta | 14,487 | 12,130 | 19% |
Aqrar Sığorta | 192 | – | – |
Meqa Həyat Sığorta | 3 | – | – |