Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 130 mindən çox yüklülük bildirişi olub.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bunun 47.4 mini ötən il qeydə alınıb.
Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.