8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 1400-ə yaxın iş yeri açılacaq

Azərbaycanda 1400-ə yaxın iş yeri açılacaq.

Bu barədə İqtisadiyyat Nazirliyində keçirilən Kollegiya İclasında İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

O bildirib ki, sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir.

“Artıq ölkə regionlarında dörd sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb”.

Nazir deyib ki, sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Son xəbərlər
Digər xəbərlər