Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir.
1 dekabr 2013-cü il tarixinə ölkəmizdə muzdla çalışan 1 505 900 nəfər işçinin orta aylıq nominal əmək haqqısı 419 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 604,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,7% – təhsildə, 18,8% – ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3% – sənayedə, 8,7% – əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1% – tikintidə, 4,9% – nəqliyyat və anbar təsərrüfatında, 3,7% – peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9% – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8% – informasiya və rabitə sahəsində və 17,1% – iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Oxu.az