22.8 C
Baku
Monday, October 7, 2024

Azərbaycanda 16 sanatoriya ləğv olunaraq “Kurort” QSC-yə birləşir

“Kurort” Qapalı Səhmdar Cəmiyyəti “Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, “Bilgəh” Kardioloji Sanatoriyası, “Qaranquş” İxtisaslaşdırılmış Uroloji Sanatoriyası, Azərbaycan Respublikasının “Kurort” Səhmdarlar Cəmiyyəti Günəşli İxtisaslaşdırılmış Nevroloji Sanatoriyası, “Kurort” Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyası, “Naftalan” Sanatoriya-Kurort Birliyi, Azərbaycan Respublikası “Kurort” Səhmdar Cəmiyyəti “Pirşağı” Sanatoriya-Kurort Birliyi, “Xəzər” Sanatoriyası, “Şəki İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hacıkənd” İstirahət Evi, Kurort Səhmdar Cəmiyyətinin “Avtonəqliyyat” Müəssisəsi, “Kurort” Səhmdar Cəmiyyəti “Azərbkurorttikintitəmir” Birliyi, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu “Azərkurortlayihə”, “Kurort” Səhmdar Cəmiyyətinin “Azərbminsugeokaptaj” Respublika Ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Banker.az xəbər verir ki, 16 sanatoriya “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulduğu üçün ləğv olunur.

Kreditorlar öz tələblərini AZ1044, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin ev 95 ünvana təqdim edə bilərlər.

Xatırladaq ki, “Kurort” QSC 1992-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 200 000 manatdır və qanuni təmsilçisi Əbil Ağasıyevdir. “Kurort” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının struktur bölməsi olmaqla yanaşı, müxtəlif profilli sanatoriya və kurort yönümlü müəssisələr şəbəkəsinə malikdir.

Son xəbərlər
Digər xəbərlər