Azərbaycan Mərkəzi Bankı (AMB) 15 fiziki şəxsə və 2 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, bununla bağlı qərar yanvarın 11-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, onların lisenziyası könüllü müraciət əsasında ləğv olunub.