10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda 170 Hindistan şirkəti işləyir

Azərbaycanda Hindistan kapitalı ilə 170 şirkət fəaliyyət göstərir.

Bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

O, həmçinin yaxın gələcəkdə bu rəqəmin 2 dəfə artacağına ümid etdiyini qeyd edib.

İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun artması mövzusunda danışarkən V.Zeynalov bildirib ki, bu istiqamətdə turizm perspektivli sahələrdən biridir:

“Məsələn, ilin əvvəlindən Azərbaycan Hindistandan 40 min turist qəbul edib”.

Konfederasiyanın vitse-prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün daha bir sahənin informasiya-telekommunikasiya texnologiyaları olduğunu da vurğulayıb.

©Trend

Son xəbərlər
Digər xəbərlər