Əmlak Məsələləri Dövlət Komitəsi “Qubek Otel” istirahət zonasını hərraca çıxarıb.
Banker.az xəbər verir ki, dörd ulduzlu otel 18,2 milyon manat qiymətləndirilir.
“Qubek” mehmanxanası SOCAR-ın Sosial İnkişaf İdarəsinə məxsus idi. Balakəndə 9,3 min kvadratmetr ərazini əhatə edir və 13,4 min kvadratmetr ərazidə yerləşir.
Gürcüstan ilə sərhəddə yerləşən bu otel neftçilər üçün istirahət yerlərindən biridir.