2019-cu il ərzində ölkədə 192 min yeni iş yerləri açılıb. 2018-ci il ərzində ölkədə 238,9 min yeni iş yerləri açılmışdır. Belə ki, illik müqayisədə 2019-cu ildə açılan iş yerlərinin sayı 46,9 min azalıb.
Bu dövrdə yaradılmış iş yerlərinin 27,0 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 55,5 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 42,8 faizi digər regionların, o cümlədən 16,3 faizi Aran, 6,9 faizi Gəncə-Qazax, 5,9 faizi Lənkəran, 3,6 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, 2,4 faizi Dağlıq Şirvan, 2,2 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Bununla yanaşı, 2019-cu il ərzində ölkədə 9,4 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 51,5 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 39,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.