“Şahdağ” Turizm Mərkəzində bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 km-ə çatdırılıb”.
Bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov brifinqdə deyib.
O bildirib ki, xizək sürməyə yeni başlayanlar üçün altı konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.
R.Nəcəfovun sözlərinə görə, 2 800 metrlik yeni kanat yolu, 10 km uzunluğunda xizək yamacları istifadəyə veriləcək:
“Yeni kanat yolu Şahdağda ən uzun olacaq. Gündən-günə xizək yamaclarının sayı da artacaq”.








