6 C
Baku
Monday, December 22, 2025

Azərbaycanda 2 ASC-nin səhmləri bahalaşıb

Noyabrın 1-də “Bakı Fond Birjası” QSC-də (BFB) “Savalan” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 20 səhminin təkrar bazarda, alternativ seqmentdə realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 43,5% baha – 2,87 manata alınıb-satılıb.

Ötən gün Birjada həmçinin “Dərnəgülsənayetikinti” ASC-nin 20 səhmi üzrə təkrar sövdələşmə qeydə alınıb. Bu müəssisənin səhmləri nominal dəyərindən 31,5% çox – 2,63 manata alternativ bazar seqmentində realizə olunub.

Xatırladaq ki, “Savalan” ASC 1998-ci ildə, “Dərnəgülsənayetikinti” ASC isə 2004-cü ildə yaradılıb. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı müvafiq olaraq 2 416 824 manat və 756 038 manatdır.

Son xəbərlər
Digər xəbərlər