“Oriyad balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 11 mart 2020-ci il saat 12.00-da Neftçala şəhər mədəniyyət evində (Neftçala şəhəri, Heydər Əliyev prospekti 17) keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyinə Səhmdarın cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması, səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi, yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi, dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi kimi məsələlər daxildir.
Səhmdarlar ümumi yığıncaqda şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər. Səhmdarların ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir. Ümumi yığıncağın materialları ilə tanış olmaq üçün idarə heyətinə müraciət etmək olar.
“Neftçala balıq-əmtəə” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 11 mart 2020-ci il saat 10.00-da Neftçala şəhər mədəniyyət evində (Neftçala şəhəri, Heydər Əliyev prospekti17) keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyinə səhmdarın cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması, Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi, yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi və dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi məsələləri daxildir.
Ümumi yığıncaqda şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər. Səhmdarların ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir. Ümumi yığıncaqın materialları ilə tanış olmaq üçün idarə heyətinə müraciət etmək olar.