16 iyun 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atrabank” ASC- və “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Banker.az xəbər verir ki, “Texnikabank”ın Daşınmaz əmlakı, Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 2,2639 ha torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 5 500 manatdır.
“Atrabank”ın Daşınmaz əmlakı, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən (ü/s 58,35 kv.m) 737 saylı bağ evidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 15000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67