2 dövlət qurumu ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 1033 Bakı şəhəri şəhəri, Nərimanov rayonu rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A, mənzil – ünvanına bildirə bilərlər.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı Sərəncamıyla yaradılmış, ölkənin dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur.