15 C
Baku
Sunday, October 12, 2025

Azərbaycanda 2 illik dövlət istiqrazlarının gəlirliliyi 7%-dən aşağı düşüb

16 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, 720 günlü Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilib.

 Banker.az xəbər verir ki, iki illik dölət istiqrazlarıın orta gəlirliliyi 6.73 faiz olub. Qeyd edək ki, sonuncu dəfə 2024-cü ilin dekabrında gəlirlilik 10.5% idi.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli, dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201120026
İstiqrazların tədavül müddəti 720 gün
Buraxılış həcmi 20,000,000 AZN
Nominal dəyəri 100 AZN
Minimal qiymət 94.6982 (9.9899%) AZN
Maksimal qiymət 101.8585 (6.0000%) AZN
Kəsmə qiyməti 100.2759 (6.8500%) AZN
Ortaçəkili qiyməti 100.5008 (6.7281%) AZN
Reallaşdırılmış həcmi 20,000,000 AZN
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 86,152,100 AZN
İnvestor sayı 18
Sifarişlərin sayı 35
Ödəmə tarixi 16.09.2027
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC
Son xəbərlər
Digər xəbərlər