Azərbaycanda eyni şəxsə məxsus 2 lizinq şirkəti ləğv edildi.
Banker.az xəbər verir ki, lizinq şirkətləri “GM Lizinq” MMC və “NM Lizinq” MMC-dir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, hər iki lizinq şirkəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıblar və nizamnamə kapitalları 20 manatdır.