“Azərşin” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Azərşin” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;
3. “Azərşin” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);
4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq. İclasın keçiriləcəyi tarix: 21 yanvar 2026-cı il tarixdə, saat 11:00-da İclasın keçiriləcəyi ünvan Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8, “Azərşin” ASC-nin inzibati binasıdır.
Xatırladaq ki, “Azərşin” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,789 milyon manatdır.








