-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 2 mindən çox iş yeri açılacaq – 90 mln. manatdan çox güzəştli kredit ayrıldı

2022-ci ilin yanvar-sentyabr ayları ərzində 1963 layihənin maliyyələşdirilməsinə 90,2 milyon manat güzəştli kredit verilib.

Banker.az Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, verilmiş kreditlər hesabına 2061 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Regionlar üzrə verilmiş kreditlərin layihə sayı üzrə bölgüsündə Bakı şəhəri 1,9%, digər regionlar isə 98,1% yer tutur. Məbləğ üzrə kreditlərin 16,7%-i Bakı şəhərində, 83,3%-i digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib.

Son xəbərlər
Digər xəbərlər