Azərbaycanda 2 şirkət birləşdi.
Banker.az xəbər verir ki, “Ak Petroleum Industrial Company” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “CPS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulub.
“CPS Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti “Ak Petroleum Industrial Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, “CPS Construction” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Natiq Cəfərov Qalib oğludur.
“Ak Petroleum Industrial Company” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2007-ci ildən fəaliyyət başlayıb. Şirkət 20 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Samir Muxtarlı Sərxan oğludur.