Ölkədə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universiteti və daha 8 peşə məktəbi yaradılacaq.
Banker.az xəbər verir ki, bunlar Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
2023-2025-ci illərdə ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi təmin ediləcək.
2023-2025-ci illərdə ölkədə 8 əlavə peşə təhsili mərkəzinin fəaliyyətə başlaması nəzərədə tutulur. Nəticədə peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisinin artması təmin ediləcək. Planın əsas icraçısı Təhsil Nazirliyi, aidiyyəti qurumlar isə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.