24 C
Baku
Friday, September 27, 2024

Azərbaycanda 200 gəncin biznes ideyası reallaşdırılır – 2 mln. manat ayrıldı

Növbəti həftədən etibarən Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan – AMAL-ın təbliğatına başlanılacaq.

Banker.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

M.Əliyevin sözlərinə görə, aidiyyəti nazirliklərlə birgə 10 pilot rayon seçilərək, hər rayondan 20-ə yaxın gənc prosesə cəlb olunacaq.

“İlk olaraq, 200 nəfərdən ibarət pilot qrup formalaşdırmaq niyyətindəyik. Gənclərə biznes ideyasının formalaşdırılmasına dair təlimlər təşkil ediləcək. Gənclərin maliyyə modeli planı hazır olduqdan sonra və həmin plana ekspert rəyi verildikdən sonra İT, maliyyə və ya informasiya dəstəyi və digər yardımlar göstəriləcək. Həmçinin onların istehsal etdikləri məhsulların bazara çıxışında da dəstək göstəriləcək”,- deyə xidmət rəisi bildirib.

M.Əliyev bildirib ki, 2020-ci ilin sonuna qədər layihəyə təqribi 2 mln. manatadək vəsiatin ayrılması nəzərdə tutulur: “Layihə uğurlu olacağı təqdirdə dövlət büdcəsindən əlavə vəsait cəlb edə bilərik. Gənclərin layihələrinin maliyyələşdirilməsinə 5%-dən çox olmamaq şərtilə 30-40 min manatadək kredit verilə bilər. Tərəfdaş banklardan birini cəlb etməyə çalışacağıq. Ödənişlər gənclərə birdəfəlik deyil, mütəmadi veriləcək. Monitorinqlər zamanı layihə təyinatı üzrə aparılmasa gənclər layihədən çıxarılacaq”.

Son xəbərlər
Digər xəbərlər