7 C
Baku
Friday, November 8, 2024

Azərbaycanda 200 manatlıq əskinaslar bazarda sürətlə artır

Azərbaycan Mərkəzi Bankının ötən il mayın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmi dekabr-yanvar aylarında təxminən 2 dəfə artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.

Baş bankir bildirib ki, hazırda sözügedən əskinaslar dövriyyədə olan nağd pul kütləsinini 5%-ni (400 mln. manat) təşkil edir.

Bildirək ki, ötən ilin I yarımilliyində, son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilməsi AMB tərəfindən irəli sürülmüşdü.

Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal edib.

Son xəbərlər
Digər xəbərlər