Gələn il Azərbaycanda 1 333,5 min ton benzin istehsalı proqnozlaşdırılır.
Report agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib.
Bu isə bu ilin proqnozundan 17,6% çoxdur.
2021-ci ildə benzin istehsalının 1,360 mln. ton, 2022-ci ildə 1 410,5 min ton, 2023-cü ildə 1,448 mln. ton olacağı proqnozlaşdırılır.
2019-cu ildə 1 133,5 min ton benzin istehsalı proqnozlaşdırılıb.