2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 5.8 milyon ədəd tibbi maska istehsal edilib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan istehsala 2020-ci ilin ikinci rübündən başlayıb.
Hazırda anbarda 1 mart 2021-ci il tarixinə 3.3 milyon ədəd tibbi maska var.