7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş layihəsi hazırlanıb

Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin layihəsi hazırlanıb.

Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclasında bildirilib.

Layihə Əmək Məcəlləsinə müvafiq olaraq sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri üzrə razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsi, əhalinin sosial müdafiəsi üçün lazımi şəraitin yaradılması, vətəndaşların əmək, iqtisadi, hüquqi mənafelərinin təmin edilməsi məqsədilə ərsəyə gətirilib.

İclasda hökumətlə və işəgötürənlər birliyi ilə yekun danışıqların səmərəliliyini artırmaq üçün AHİK-in İcraiyyə Komitəsinin üzvlərinə müvafiq idarə və təşkilatlarla Baş Kollektiv Sazişin müddəaları ətrafında müzakirələrin aparılması tövsiyə olunub, həmçinin Baş Kollektiv Saziş layihəsinin Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına təqdim edilməsi barədə qərar qəbul olunub.

Son xəbərlər
Digər xəbərlər