2024-cü ildə inzibati ərazi vahidləri üzrə demoqrafik göstəricilər açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, göstəricilər əhalinin hər 1000 nəfərinə düşməklə hesablanır.
İlk sırada hər 1000 nəfərə düşən 3.2 göstərici ilə Daşkəsən və Xocalı rayonları olub. Ölkə üzrə ortalama 2.1 boşanma olmaqla keçənilki göstərici ilə sabit qalıb.
Nikahların sayına görə isə hər 1000 nəfərə düşən 6.9 nikahla Yardımlı, 6.8 nikahla Kəlbəcər, 6.7 nikahla Xocalı rayonu ilk üçlüyü bölüşürlər. Respublika üzrə orta göstərici 4.9 nikahla öncəki ildəki 5.3 nikahdan xeyli aşağı düşüb.