2024-cü ilin birinci rübündə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 7.3 mln. ton, ixraca nəql edilən həcmlər isə 6 mln. ton olub.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz X hesabında bildirir.
Bu dövrdə 400 mln. m3 artımla hasil edilmiş 12.6 mlrd. m3 qazın 6.4 mlrd. m3-i ixrac olunub.
Bu ilin yanvar-mart aylarında Avropaya 3.2 mlrd. m3, Türkiyəyə 2.3 mlrd.m3, Gürcüstana isə 0.9 mlrd. m3 qaz ixrac olunub.
Bu dövrdə TANAP-la Türkiyəyə 1.3 mlrd.m3 qaz nəql edilib.